Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-04-2024 , 18:25

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Yaşıl dünya naminə həmrəylik ilinə  Şüvəlan bələdiyyəsi də  öz 

töhfəsini verəcək”

“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu da cari il ərzində qarşımıza ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəlik qoyub” –bu fikri  Belediyye.infoya Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

Sədr bilidirb ki, son illərdə ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizədə həqiqətən böyük işlər görülür. İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub.

İqlim dəyişikliyi ilə mübarizədə qlobal fəaliyyətə biz də bir bələdiyyə olaraq öz töhfəmizi verməyə borcluyuq.

Bu məqsədlə artıq bələdiyyənin ekoloji məsələlər komissiyyasında təkliflər hazırlanaraq bələdiyyə iclasında müzakirəyə çıxarılıb və təsdiq edilib. 

Görülən işlərə daha da böyük təkan vermək, xüsusəndə bələdiyyə üzv və qulluqçularının, habelə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə digər qurumların, vətəndaşların, vətəndaş cəmiyyətlərinin iştirakı ilə daha da geniş tədbirlər həyata keçirmək niyyətindəyik. Tədbirlər sırasında qəsəbədaxili  yaşıllıq zolaqlarının mühafizəsi və onlara  aqrotexniki qulluğun göstərilməsi, ağacəkmə aksiyaların keçirilməsi də vardır.

Bələdiyyə olaraq bizdə "Yaşıl dünya naminə həmrəylik ili"ndə həmrəyliyimizi göstərəcəyik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər